Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ABŞ-ın müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Tərəflər NATO, ikitərəfli və regional məsələləri müzakirə edib.
Nazirlər, həmçinin müdafiə və təhlükəsizlik, Ukrayna, terrorla mübarizə və F-16-ların tədarükü ilə bağlı fikir mübadiləsi aparıblar.