Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) mütəxəssisləri yaxın vaxtlarda Rusiyanın işğalı altında olan Zaporojye atom elektrik stansiyasına baş çəkə bilər.
Modern.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib. Təşkilatın baş direktoru Rafael Mariano Qrossi tərəflərlə aktiv danışıqlar aparıldığını bildirib
O, Zaporojye atom elektrik stansiyasına baş çəkməyin mümkünlüyünü istisna etməyib.
Qeyd edək ki, atom elektrik stansiyasına ard-arda zərbələr endirilib. Rusiya və Ukrayna zərbələrə görə bir-birini ittiham edir.
Akif İsmayılov