Modern.az

Şoyqu və Gerasimov Putinin etimadını itirib

Şoyqu və Gerasimov Putinin etimadını itirib

Dünya

24 Avqust 2022, 09:24

Ukraynadakı Rusiya hərbi qruplaşmalarının komandirləri çox güman ki, birbaşa Prezidenti Vladimir Putinə tabe olacaqlar.

 

Modern.az xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında bildirilib.

 

Qeyd olunub ki, müharibədə iştirak edən yüksək vəzifəli zabitlər əmrləri Müdafiə Nazirliyi və Baş Qərargah rəisi Valeri Gerasimovdan yox, birbaşa ölkə başçısından alacaqlar. 

 

Məlumata görə, müdafiə naziri Sergey Şoyqu Ukraynadakı uğursuzluq səbəbindən Putinin etimadını itirib. 

 

“Mənbələr iddia edirdilər ki, indi Putin Şoyqu ilə yox, Ukraynada “Mərkəzi” qoşunlar qrupuna nəzarət edən Mərkəzi Hərbi Dairənin komandiri Aleksandr Lapin və Rusiya Aerokosmik Qüvvələrinin komandanı Sergey Surovikinlə birbaşa əlaqə saxlayır", - Amerika Müharibənin Öyrənilməsi İnstitutundan bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi