Modern.az

ABŞ İranın dəstəklədiyi silahlı qrupları bombaladı

ABŞ İranın dəstəklədiyi silahlı qrupları bombaladı

Dünya

24 Avqust 2022, 09:51

ABŞ ordusu bu gün səhər saatlarında Suriyanın şərqində İran İnqilab Keşikçiləri Korpusu tərəfindən dəstəklənən silahlı qruplaşmaların olduğu ərazilərə hava zərbələri endirib.

 

Modern.az xəbər verir ki, ABŞ tərəfinin açıqlamasında hücumun “gərginlik riskini məhdudlaşdırmaq və insan tələfatı riskini minimuma endirmək” məqsədi ilə həyata keçirildiyi bildirilib. Lakin əməliyyatın təfərrüatı və yaralılarla bağlı məlumat verilməyib. 

 

ABŞ Mərkəzi Komandanlığının sözçüsü polkovnik Joe Buccino, "bugünkü hücumlar ABŞ şəxsi heyətini qorumaq və müdafiə etmək üçün lazım idi", - deyə vurğulayıb.

 

Qeyd edək ki, İran və Suriya tərəfi hələlik hücumla bağlı açıqlama yaymayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi