Ukrayna Prezidenti Volodimir Zelenski Müstəqillik Günü ilə bağlı xalqa müraciət edib.
Modern.az-ın məlumatına görə, prezident müraciətində Ukraynanın Rusiyaya qarşı sonadək mübarizə aparacağını deyib. O bildirib ki, Donbas və Krım azad ediləcək, beləliklə, müharibə Ukraynanın parlaq qələbəsi ilə başa çatacaq.
"Bizim ölkəmiz bütöv Ukraynadır" , - deyən Zelenski Rusiyaya güzəşt edilməyəcəyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Rusiya ordusu Ukrayna ərazisini tərk etməlidir.