Ukraynada Müstəqillik Günü ilə bağlı üç regionda təşkil olunan nümayişlərin qarşısı alınıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, təxribat xarakterli aksiyalar Rusiya tərəfindən təşkil olunub.
“Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən FSB-nin Müstəqillik Günü ərəfəsində Kiyev, Jitomir və Poltava vilayətlərində ictimai-siyasi vəziyyəti gərginləşdirmək üçün ukraynalı hərbçilərin qohumlarından istifadə etmək planlarının qarşısı alınıb”, - rəsmi məlumatda deyilir.
Açıqlamada qeyd olunub ki, Ukrayna hakimiyyəti əleyhinə aksiyaların qarşısı alınıb, hazırda heç bir təhlükə yoxdur.