Ukraynada Rusiya hərbçilərinin məhv edilməsinin yeni görüntüləri yayılıb.
Modern.az xəbər verir ki, 11 hərbçi ukraynalı partizanlar tərəfindən məhv edilib. Onlardan biri zabit, digərləri çavuş olub.
Qeyd edək ki, fevralın 24-dən bu günədək Ukrayna müharibəsində Rusiya ordusunun 45 700-ə yaxın hərbi qulluqçusu öldürülüb. Rusiyanın digər döyüş itkiləri 1924 tank, 4243 zirehli döyüş maşını, 1036 artilleriya sistemi, 266 reaktiv yaylım atəşi sistemi, 147 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 199 helikopter, 819 PUA, 196 qanadlı raket, 15 gəmi, 3160 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.