Modern.az

Ukrayna hərbçiləri üçün təlim mərkəzi yaradılacaq 

Ukrayna hərbçiləri üçün təlim mərkəzi yaradılacaq 

Dünya

24 Avqust 2022, 20:38

Avropa İttifaqının müdafiə nazirləri avqustun 29-30-da Praqada görüşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın baş diplomatı Jozep Borrel məlumat verib.

 

O bildirib ki, iclasda Ukrayna qüvvələri üçün hərbi təlim missiyasının yaradılması variantlarını müzakirə edəcəklər.

 

“Biz Rusiya vətəndaşları üçün viza məsələsini və Ukrayna silahlı qüvvələri üçün Avropa İttifaqının mümkün təlim missiyasını müzakirə edəcəyik" , - Borrel deyib.

 

Aİ rəsmisi təlim mərkəzinin Ukraynada deyil, qonşu ölkələrdə yerləşəcəyini vurğulayıb.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi