Modern.az

Ukraynada qatar stansiyası raketlə vuruldu - 22 ölü (YENİLƏNİB)

Ukraynada qatar stansiyası raketlə vuruldu - 22 ölü (YENİLƏNİB)

Dünya

25 Avqust 2022, 00:58

Rusiya ordusunun Dnepropetrovsk vilayətində qatar stansiyasına endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

 

"Çaplino bugünkü ağrımızdır. Bu dəqiqəyə olan məlumata görə, 22 nəfər ölüb, onlardan 5-i avtomobildə yanıb. Bir yeniyetmə ölüb, onun 11 yaşı var, evini Rusiya raketi dağıdıb", -  deyə prezident qeyd edib.

 

Zelenski vurğulayıb ki, hazırda dəmiryol vağzalında axtarış-xilasetmə əməliyyatları davam edir.

 

***

22:19

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinə aviazərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə UNIAN informasiya agentliyi məlumat yayıb.

 

Bildirilib ki, rusların atdığı raketlər vilayətin Çaplino qəsəbəsinin dəmir yolu vağzalına dəyib, nəticədə azı 15 nəfər ölüb, 50 nəfər isə yaralanıb.

 

Məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasında çıxışı zamanı təsdiqləyib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi