İran bu gün pilotsuz uçuş aparatları ilə hərbi təlimlərə başlayıb.
Modern.az xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.
Təlimlər İranın Rusiyaya hərbi PUA-lar verəcəyi ilə bağlı xəbərlərin yayılması fonunda keçirilir.
İki gün davam edəcək təlimlərdə 150-dən artıq PUA istifadə ediləcək. Manevrlər İran körfəzi sahillərini və ərazisinin böyük hissəsini əhatə edəcək.
Ölkənin hava hücumundan müdafiə və elektron müharibə imkanları da düşmən PUA-larına qarşı sınaqdan keçiriləcək.
Akif İsmayılov