Modern.az

ABŞ-ın neft ixracı 30 ilin ən yüksək həddinə çatıb 

ABŞ-ın neft ixracı 30 ilin ən yüksək həddinə çatıb 

Dünya

24 Avqust 2022, 23:33

ABŞ son 30 ildə rekord miqdarda xam neft və neft məhsulları ixrac edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, ötən həftə ABŞ limanlarından 11 milyon bareldən çox xam neft və neft məhsulları, o cümlədən dizel yanacağı ixrac edilib. Bu, 1991-ci ilin fevralından bəri ən yüksək göstəricidir.

 

Enerji ixracında artım ilk növbədə dizel yanacağının tədarükünün artması (+20%) hesabına baş verib. Xam neftin xaricə satışı ikinci həftədə gündəlik 4 milyon bareli keçib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi