Modern.az

Rusiyanın daha 150 hərbçisi MƏHV EDİLDİ

Rusiyanın daha 150 hərbçisi MƏHV EDİLDİ

Dünya

25 Avqust 2022, 10:48

Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində Rusiya ordusunun 150 hərbçisini məhv edib. Bununla da Rusiyanın canlı qüvvə itkilərinin sayı 45 850-yə çatıb.

 

Modern.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində paylaşıb.

 

Ukrayna müdafiəçiləri indiyədək Rusiyanın 1929 (+5) tankını, 4245 (+2) zirehli döyüş maşınını, 1037 (+1) artilleriya sistemini, 272 (+6) MLRS sistemini, 148 (+1) hava hücumundan müdafiə sistemini və aviasiyasını məhv edib.

 

Bununla yanaşı, Ukrayna ordusu tərəfindən 202 (+3) helikopter , 828 (+9) əməliyyat-taktiki səviyyəli PUA , 196 (+0) qanadlı raket, 15 (+0) gəmi və qayıq məhv edilib.

 

Xatırladaq ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi