Avqustun 25-nə olan məlumata görə, Ukraynada Rusiya qoşunlarının təcavüzü nəticəsində 376 uşaq həlak olub, 733-dən çox uşaq isə xəsarət alıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu özünün "Telegram" kanalında məlumat yayıb.
“Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü səbəbindən bu günə qədər Ukraynada 1109-dan çox uşaq əziyyət çəkib. 25 avqust 2022-ci il səhər saatlarına olan məlumata görə, 376 uşaq həlak olub, 733-dən çox uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda deyilir.
Qeyd edilib ki, Donetsk vilayətində - 388, Xarkovda - 202, Kiyevdə - 116, Çerniqovda - 68, Nikolayevdə - 67, Luqanskda - 61, Xersonda - 55, Zaporojyedə - 41 uşaq müharibədən əziyyət çəkib. Onların arasında ölənlər, yaralananlar və psixoloji sarsıntı keçirənlər də var.