Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan sabiq deputat Aydın Ayaydın ilə azərbaycanlı model, biznesmen Manuçehr Əhədpurun həyat yoldaşı Diana Əhədpur arasında dava olub.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bodrumda baş verib.
Məlumata görə, davaya səbəb Əhədpurun 6 yaşlı oğlunun dənizdə su sıçratmağa başlaması olub. Bu, eks-deputatı özündən çıxarıb və o, uşağın üstünə qışqırıb. Azyaşlı ağlayaraq anasının yanına qaçıb.
Daha sonra Əhədpur dərhal kişiyə yaxınlaşıb “uşağımın üstünə niyə qışqırırsınız? Narazılığınızı mənə bildirərdiniz, uşağı nə üçün qorxudursunuz?”, - deyərək qışqırmağa başlayıb.
Ardınca sabiq deputat modelə hücum çəkib və onu təhqir etməyə başlayıb. O deyib: “Rədd olun, gedin öz ölkənizə”.
Sabiq deputat Ayaydın insidentin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra Əhədpur və onun ailəsindən üzr istəyib.
Elmar Hüseynov