Türkiyənin məşhur pop müğənnisi Gülşən saxlanılıb.
Modern.az xəbər verir ki, sənətçinin İmam Hatip liseyinin şagirdləri haqda səsləndirdiyi sözlərə görə, İstanbul Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb, onun saxlanılmasına qərarı verilib.
Qeyd edək ki, “xalqı kin və düşmənçiliyə sövq etmək”də ittiham olunan Gülşən səhnədə çıxış edərkən gitara ifaçısına xitabən deyib: “daha əvvəl İmam Hatipdə təhsil alıb, əxlaqsızlığı bundandır”.
Müğənninin konsertdə lentə alınan görüntüləri qalmaqal yaradıb. Onun fikirləri İmam Hatip liseyinin şagirdlərinə təhqir kimi qəbul edilib.
Elmar Hüseynov