Modern.az

Avropa Ukraynaya yeni silahlar verəcək

Avropa Ukraynaya yeni silahlar verəcək

Dünya

25 Avqust 2022, 18:22

İspaniyanın Müdafiə Nazirliyi Ukraynaya hava hücumundan müdafiə sistemləri və zirehli texnika təhvil verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

 

"İspaniya Ukrayna xalqını Rusiyanın işğalına qarşı apardığı mübarizədə dəstəkləməyə davam edir", - Müdafiə Nazirliyi bildirib.


Əlavə edilib ki, İspaniya Ukraynaya zenit batareyası və raketlər, 1000 artilleriya sursatı, min ton dizel yanacağı, müxtəlif zirehli maşınlar və 30 min qış geyimi göndərəcək.

 

Bundan əlavə, İspaniya Ukrayna qoşunlarına hava hücumundan müdafiə sistemlərindən istifadə üzrə təlim keçəcək.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi