Modern.az

Zaporojye AES elektrik şəbəkəsindən ayrıldı - İLK DƏFƏ

Zaporojye AES elektrik şəbəkəsindən ayrıldı - İLK DƏFƏ

Dünya

25 Avqust 2022, 20:25

Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası (AES) tarixdə ilk dəfə olaraq elektrik şəbəkəsindən ayrılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın “Enerqoatom” dövlət nüvə elektrik şirkəti məlumat yayıb.

 

Açıqlamada nüvə obyekti yaxınlığında baş verən yanğınların elektrik stansiyasının Ukraynanın elektrik şəbəkəsinə birləşdirən xətləri zədələdiyi bildirilib.

 

Qeyd olunub ki, elektrik stansiyası tarixdə ilk dəfə xətlərin zədələnməsi səbəbindən elektrik şəbəkəsindən ayrılıb.

 

Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır. 6 nüvə reaktoru olan və 5700 meqavat-saat elektrik enerjisi istehsal gücünə malik elektrik stansiyası Ukraynanın ümumi elektrik enerjisinin 20 faizini təmin edir.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi