Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin oğlu Aleksandr Yanukoviçin hesabından 8,1 milyon dollar vəsait Ukrayna Silahlı Qüvvələrinə köçürülüb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun rəsmi teleqram kanalı məlumat yayıb.
Vəsait cinayət işi çərçivəsində müsadirə edilib.
“İlkin istintaq zamanı Baş Prokurorluğun prokurorları Ümumkrayna İnkişaf Bankının məsul şəxslərinin və keçmiş prezidentin oğlunun vəsaitlərini ələ keçiriblər. Ukraynanın müdafiə qabiliyyətini təmin etmək üçün xüsusi hesaba 304 milyon qrivna köçürülüb", - məlumatda bildirilir.
Akif İsmayılov