ABŞ Prezidenti Co Bayden bu gün ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün Twitter hesabında məlumat yayıb.
"ABŞ-ın Ukrayna xalqına təhlükəsizlik və maliyyə sahəsində sarsılmaz dəstəyinə görə təşəkkür edirik. Biz Ukraynanın təcavüzkarı məğlub etmək istiqamətində növbəti addımlarını və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyət daşımasının vacibliyini müzakirə etdik", - Zelenski yazıb.