Modern.az

Kiyevdə ruslarla əlaqəli küçə adları dəyişdirildi 

Kiyevdə ruslarla əlaqəli küçə adları dəyişdirildi 

Dünya

25 Avqust 2022, 23:32

Ukraynanın paytaxtı Kiyev şəhərində rus və sovetlərlə əlaqəli 95 küçənin adı dəyişdirilib.

 

Modern.az xəbər verir, qərar Kiyev meri tərəfindən verilib.

 

"Yeni adlar Ukraynanın əlamətdar tarixi hadisələrinin, eləcə də dövlətimizin müstəqilliyi uğrunda mübarizə aparmış məşhur simaların və qəhrəmanların xatirəsini əbədiləşdirəcək", - mer Vitali Kliçko bildirib.

 

Sovet İttifaqı müdafiə nazirinin soyadını daşıyan başqa bir küçənin adı dəyişdirilərək Ukraynanın Azov alayının adı verilib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi