Rusiya Prezidenti Vladimir Putin gələn ay Təhlükəsizlik Şurasının xüsusi iclasını keçirməyi planlaşdırır.
Modern.az bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məlumat verib.
O qeyd edib ki, iclasda miqrasiya, əcnəbilərin Rusiyaya giriş-çıxış məsələləri müzakirə ediləcək.
Medvedevin sözlərinə görə, Rusiya hakimiyyəti xarici ölkə vətəndaşlarının ölkə ərazisinə giriş-çıxışı və qalma şərtləri haqqında yeni qanun layihəsi hazırlayır.
Akif İsmayılov