Modern.az

NATO generalları bir araya gəlir

NATO generalları bir araya gəlir

Dünya

26 Avqust 2022, 19:43

NATO ölkələrinin baş qərargah rəisləri sentyabrın 16-18-də Estoniyanın paytaxtı Tallində görüşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

 

NATO Hərbi Komitəsinin iclasları çərçivəsində danışıqlar aparacaq qərargah rəisləri alyansın iyun ayında Madrid sammitində qəbul edilən müdafiə və çəkindirmə qərarlarının icrasını müzakirə edəcəklər.

 

Görüşdə NATO-nun İraqdakı missiyası və NATO-nun Kosovo Qüvvələrinin (KFOR) fəaliyyəti müzakirə olunacaq.

 

NATO-ya üzvlük üçün müraciət etmiş İsveç və Finlandiyanın Baş Qərargah rəisləri də ilk dəfə qonaq qismində iclasda iştirak edəcəklər. NATO-nun Hərbi Komitəsinin iclasları ildə iki dəfə Brüsseldəki qərargahda keçirilir.

 

Akif ismayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi