Avqustun 26-da Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Edvard Asryan Rusiyaya səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
O, Moskvada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin 1-ci müavini, ordu generalı Valeri Gerasimov ilə görüşüb.
Asryan rusiyalı həmkarına Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr, eləcə də Qarabağdakı mövcud vəziyyət barədə məlumat verib.
Görüş zamanı Ermənistan-Rusiya hərbi əməkdaşlığı ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Bundan əlavə, regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə olunub.
Akif İsmayılov