Rusiyanın Arktika bölgəsindəki imkanları NATO üçün strateji problemdir.
Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Kanadaya səfəri zamanı bildirib.
O qeyd edib ki, yüksək şimal bölgəsinin əhəmiyyəti NATO və Kanada üçün artır: "Biz Rusiyanın əhəmiyyətli hərbi güclənməsini görürük".
Stoltenberq bildirib ki, Rusiya bölgədən yeni silah sistemlərini sınaqdan keçirmək üçün istifadə edir. Rəsmi Moskva Arktikada Sovet dövründən qalma yüzlərlə hərbi obyekti yenidən açıb.
O, həmçinin xəbərdarlıq edib ki, Rusiya və Çin Arktikada NATO-nun dəyərlərinə və maraqlarına meydan oxuyan strateji tərəfdaşlıq qurur.
Akif İsmayılov