Modern.az

Ruslar gündə 40-50 min artilleriya atəşi açır

Ruslar gündə 40-50 min artilleriya atəşi açır

Dünya

27 Avqust 2022, 00:12

Rusiya ordusu hər gün müxtəlif çaplı artilleriyadan 40-50 min mərmi atır.

 

Modern.az xəbər verir ki, bunu Finlandiyanın “Helsingin Sanomat” nəşrinə müsahibəsində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

 

O qeyd edib ki, Ukrayna ordusu Donbasda rusların irəliləyişini ləngidə bilib: "Müharibə dördüncü mərhələyə qədəm qoyub. Rusiya Ukraynaya maksimum texnika və insan gətirib. Onlar artilleriya müharibəsi aparırlar və bunu qışa qədər uzatmaq istəyirlər".

 

Podolyak bildirib ki, Ukraynanın cənubda əks-hücum əməliyyatı davam edir: "Biz rusların logistika və idarəetmə mövqelərini məhv etməyə çalışırıq. Məqsədimiz onların tədarükünü zəiflətmək və qış başlamazdan əvvəl onları geri çəkilməyə məcbur etməkdir".

 

O, həmçinin vurğulayıb ki, döyüş meydanında üstünlük əldə etmək üçün Ukraynaya müasir silahlar, xüsusən də hava hücumundan müdafiə sistemləri lazımdır.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi