Modern.az

"Makron yaxşı həkimdir, düzgün diaqnoz qoyur" - Medvedev 

Dünya

27 Avqust 2022, 00:35

"Fransa yaxşı "tibbi diaqnoz" qoymağı bilir. Prezident Makron NATO-nun “beyin ölümü” yaşadığını bildirib. O, yaxşı həkimdir, onunla razılaşmamaq mənim üçün çətindir".

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın sabiq prezidenti Dmitri Medvedev Fransa mətbuatına müsahibəsində deyib.

 

Onun sözlərinə görə, Makron və Rusiya prezidenti Vladimir Putin arasında dialoqlar qarşılıqlı hörmət xarakteri daşıyır.

 

“Bəli, mövqelər kəskin fərqli olsa da, onlar arasında dialoq davam edir. Və mənə elə gəlir ki, bu, doğrudur”, - Medvedev deyib.

 

Qeyd edək ki, Fransa prezidenti Emanuel Makron bir müddət öncə NATO-nun "beyin ölümü" yaşadığını bildirmişdi.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi