Modern.az

Pakistanda yağışdan ölənlərin sayı minə çatır

Pakistanda yağışdan ölənlərin sayı minə çatır

Dünya

27 Avqust 2022, 21:55

Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində ölənlərin sayı 1000-ə yaxınlaşıb.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

 

Güclü yağışlar nəticəsində həyatını itirənlərin sayı 982-yə çatıb, 1456 nəfər isə yaralanıb. Bundan əlavə, 802 min 582 heyvan tələf olub, 682 min 139 evə ziyan dəyib.

 

Çadır düşərgələrinə sığınanların sayı 498 min 833 nəfərə yüksəlib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi