Modern.az

Britaniyadakı ukraynalı qaçqınların 42%-i işə düzəlib

Britaniyadakı ukraynalı qaçqınların 42%-i işə düzəlib

Dünya

27 Avqust 2022, 22:21

Müharibənin başlamasından sonra Ukraynadan Böyük Britaniyaya gələn qaçqınların 42%-i iş tapa bilib.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya Milli Statistika İdarəsinin sorğusuna istinadən BBC məlumat yayıb.

 

Qaçqınların 47%-i iş zamanı problemlərlə üzləşdiyini bildirir. Əsas problem olaraq ingilis dilini bilməmələri göstərilir.

 

Müharibədən sonra ölkəyə daxil olan Ukrayna vətəndaşlarının sayı 43%-dən 93%-ə yüksəlib. Ümumilikdə Ukraynadan Böyük Britaniyaya 100 minə yaxın qaçqın daxil olub.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi