Modern.az

Liviyada toqquşmalar: 12 nəfər ölüb,  xeyli yaralı var

Liviyada toqquşmalar: 12 nəfər ölüb,  xeyli yaralı var

Dünya

27 Avqust 2022, 23:42

Liviyanın paytaxtı Tripolidə baş verən toqquşmalarda 12 nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə AFP ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

 

Toqquşmalar avqustun 27-nə keçən gecə başlayıb. İnsident nəticəsində 87 nəfər yaralanıb, 6 xəstəxana binasına ziyan dəyib.

 

Nazirlik təcili yardım maşınlarının hərəkətində çətinliklərin olduğunu bildirib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi