Modern.az

Çin ABŞ-a növbəti dəfə xəbərdarlıq edib

Çin ABŞ-a növbəti dəfə xəbərdarlıq edib

Dünya

28 Avqust 2022, 00:53

Çin amerikalı siyasətçilərin Tayvana səfərləri ilə bağlı ABŞ-a növbəti dəfə xəbərdarlıq edib 

 

Modern.az xəbər verir ki, bu barədə Çin hökumətinin rəsmi nümayəndəsi Ma Xiaoguang məlumat verib.

 

O qeyd edib ki, Çin ABŞ senatoru Marş Blekbernin adaya səfərinə kəskin etiraz edir. 

 

"Tayvanın qondarma müstəqilliyi üçün təxribatlar və xarici siyasi qüvvələrin dəstəyini qazanmaq cəhdləri qaçılmaz olaraq iflasa məhkumdur”, - bəyanatda deyilir.

 

Rəsmi nümayəndə bildirib ki, ABŞ hökumət nümayəndələrinin Taypeyə qeyri-rəsmi səfərləri iki ölkənin ikitərəfli razılaşmalarını ciddi şəkildə pozur.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi