Modern.az

Ruslar Ukraynada hərbi zavodu vurdular 

Ruslar Ukraynada hərbi zavodu vurdular 

Dünya

28 Avqust 2022, 19:24

Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın Zaporojye vilayətində yerləşən "Motor Siç" zavoduna məxsus emalatxanaları vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

İddia ilə bağlı Ukrayna tərəfi məlumat yaymayıb. Rusiya Müdafiə Nazirliyi də aviazərbələr nəticəsində itkilərin olub-olmadığını açıqlamayıb.

 

Qeyd edək ki, "Motor Siç" Ukraynada helikopterlərin təmiri ilə məşğul olan müdafiə sənayesi şirkətidir və Türkiyənin "Baykar" şirkətinin "Akıncı" pilotsuz uçuş aparatları üçün mühərriklər istehsal edir.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi