Əlcəzair Ukrayna müharibəsi nəticəsində qışda ciddi istilik problemi ilə üzləşəcək Fransaya qaz tədarükünü artırmağı planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə “Europe 1” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Əlcəzair Fransaya qaz tədarükünü 50 faiz artıra bilər. Hələlik enerji məsələsi Fransa Prezidenti Emmanuel Makronun Əlcəzairə son səfərinin gündəliyinə rəsmən daxil edilməyib.
Telekanal qeyd edib ki, Fransa Əlcəzair qazından o qədər də asılı deyil, lakin tədarükün artırılması Parisə Rusiyadan qaz idxalının dayandırılması zamanı yaranacaq problemləri dəf etməyə imkan verəcək.
Akif İsmayılov