Modern.az

Mossad rəhbəri İrana görə ABŞ-a gedir 

Mossad rəhbəri İrana görə ABŞ-a gedir 

Dünya

28 Avqust 2022, 22:23

İsrailin kəşfiyyat xidmətinin (Mossad) rəhbəri David Barnea gələn həftə ABŞ-a səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.

 

Mossad rəhbəri Vaşinqtonda İranın nüvə sazişinin bərpasını müzakirə edəcək. Ağ Ev məlumatı təsdiqləyib.

 

Xatırladaq ki, İsrail İranın nüvə sazişinin bərpasını dəstəkləmir. İsrail Baş naziri ordunun İranla bağlı istənilən ssenariyə hazır olmasını tapşırıb.

 

Barnea müdafiə naziri Benni Qantz və milli təhlükəsizlik müşaviri Eyal Hulatdan sonra nüvə razılaşmasını müzakirə etmək üçün son günlərdə Vaşinqtona səfər edən üçüncü yüksək səviyyəli İsrail rəsmisi olacaq.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi