Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ölkənin müdafiə və təhlükəsizlik nümayəndələri ilə keçirdiyi gizli görüş barədə danışıb.
Modern.az xəbər verir ki, bu haqda UNIAN agentliyi məlumat yayıb.
Zelenski bildirib ki, ruslar qapalı keçirilən görüşün nəticələrini tezliklə hiss edəcəklər.
"Müzakirə etdiyimiz bütün məsələlər mühümdür, lakin qapalıdır, təfərrüatlarını deyə bilmərəm. Lakin işğalçılar bunun nəticələrini müdafiəçilərimizin gələcək hərəkətlərində hiss edəcəklər. Şəhərlərimizə hücumlara görə heç bir terrorçu cavabsız qalmayacaq. Zaporojye, Orexov, Xarkov, Donbas - onların hamısı üçün cavab verəcəklər”, - Zelenski vurğulayıb.
Qeyd edək ki, Zelenskinin keçirdiyi gizli görüşdə Ukrayna ordusunun, kəşfiyyat orqanlarının, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Təhlükəsizlik Xidmətinin və digər müdafiə qüvvələrinin rəhbərləri iştirak ediblər. İclasda cəbhədəki əməliyyat şəraiti müzakirə olunub, təhlükəsizlik və müdafiənin digər aspektləri nəzərdən keçirilib.
Akif İsmayılov