Modern.az

Ukraynaya hərbi yardım qrupunun iclası çağırıldı

Ukraynaya hərbi yardım qrupunun iclası çağırıldı

Dünya

29 Avqust 2022, 18:46

Qərb ölkələrinin yaratdığı Kiyevə Hərbi Yardımın Koordinasiyası Qrupu sentyabrın 8-də Almaniyada növbəti dəfə iclas keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanlığı “Twitter” səhifəsində məlumat yayıb.

 

İclas Almaniyanın Ramşteyn aviabazasında baş tutacaq.

 

Kiyevə Hərbi Yardımın Koordinasiyası Qrupuna Ukraynaya maliyyə yardımı göstərən, eləcə də silah verən 40-dan çox ölkə daxildir. 

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı