Modern.az

Avropa İttifaqı Rusiya ilə viza sazişini dayandırır

Avropa İttifaqı Rusiya ilə viza sazişini dayandırır

31 Avqust 2022, 16:44

Avropa İttifaqı Rusiya Federasiyası ilə viza rejiminin sadələşdirilməsi sazişini dayandırmaq qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Sijarto "Facebook" səhifəsində paylaşım edib.

 

O, həmçinin qeyd edib ki, ruslara vizaların verilməsinə qadağa qoyulması ilə bağlı Avropa İttifaqı ölkələri yekdil razılığa gələ bilməyib. Sijartonun sözlərinə görə, Macarıstan bu tədbirə qarşı çıxan dövlətlər sırasında yer alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI