Modern.az

Məşhur avtomobil şirkəti Rusiyada istehsalı dayandırır

Məşhur avtomobil şirkəti Rusiyada istehsalı dayandırır

Dünya

24 Sentyabr 2022, 18:45

Yaponiyanın məşhur "Mazda Motor" şirkəti Rusiyanın şərqindəki Vladivostokda yerləşən zavodda avtomobil istehsalını dayandırmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb.

 

Ötən il Rusiyada 30 min avtomobil satan "Mazda Motor" mart ayında zavodda hissələrin ixracının və ehtiyatlar tükəndikdə tamamilə istehsalın dayandırılacağını elan edib.

 

Qəzet yazır ki, "Mazda" Rusiyada avtomobil satışı və texniki xidmət əməliyyatlarını dayandırmaq barədə qərar qəbul etməyib.

 

Bundan əvvəl "Mazda"nın rəqibi "Toyota Motor" Rusiyada əsas materialların və hissələrin tədarükündə yaranmış fasilələr səbəbindən avtomobil istehsalını dayandırmaq qərarına gəlib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi