Modern.az

İran İraqa artilleriya zərbəsi endirdi

İran İraqa artilleriya zərbəsi endirdi

Dünya

24 Sentyabr 2022, 19:25

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İraqın şimalındakı kürd bölgəsinə artilleriya zərbəsi endirib.

 

Modern.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

 

Dövlət televiziyası SEPAH-ın İraqın kürdlər yaşayan bölgəsində İran əleyhinə olan qrupları hədəf aldığını bildirib.

 

Qeyd edək ki, İran hökuməti kürd dissidentləri ölkədə, xüsusən də ölkənin şimal-qərbində 10 milyona qədər kürdün yaşadığı bölgələrdə iğtişaşlar törətməkdə günahlandırıb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi