Modern.az

İranlı generallara sanksiya tətbiq olundu

İranlı generallara sanksiya tətbiq olundu

3 Oktyabr 2022, 20:32

Kanada İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salamiyə sanksiya tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

İrandakı aksiyalara görə SEPAH-ın Qüds qüvvələrinin komandanı general İsmayıl Qaani də "qara siyahı"ya salınıb.

 

Sanksiya siyahısına İranın əxlaq polisinin rəhbəri, İranın kəşfiyyat naziri (ETTELAAT) Seyid İsmayıl Xətib də daxil edilib. Ümumilikdə sanksiyalar 25 fiziki və 9 hüquqi şəxsi əhatə edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır