Modern.az

Putin və Zelenski G-20 sammitinə gedir - Liderlər qərar verdi

Putin və Zelenski G-20 sammitinə gedir - Liderlər qərar verdi

7 Oktyabr 2022, 21:30

Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin ilə Volodimir Zelenski gələn ay İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitində iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bunu İndoneziyanın BƏƏ-dəki səfiri Husin Bagis "The National" nəşrinə açıqlamasında bildirib.

 

Səfirin sözlərinə görə, hər iki lider tədbirə qatılmaq barədə qərar qəbul edib. 

 

“Hər ikisi iştirak etməyə razılaşdılar”, - diplomat deyib.

 

Nəşrin məlumatına görə, gərginliyin qarşısını almaq üçün liderlər müxtəlif mehmanxanalarda qalacaqlar.

 

Putinin sözçüsü Dmitri Peskov Rusiyanın sammitində iştirak edəcəyini təsdiqləyib, ancaq hələlik hansı formatda iştirak edəcəyi barədə qərar qəbul edilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi