Modern.az

Lavrov Putinlə Ərdoğanın sabahkı görüşündən danışdı

Lavrov Putinlə Ərdoğanın sabahkı görüşündən danışdı

Dünya

11 Oktyabr 2022, 15:08

Ankara Ukraynadakı vəziyyətlə bağlı danışıqlarda vasitəçi olmaq haqqında düşünürsə, o zaman Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan bu həftə Astanada görüşəcəklər, onların bunu müzakirə etmək imkanı olacaq.

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Moskva istənilən təklifləri dinləməyə hazırdır, lakin bu və ya digər prosesin nəticəyə gətirib çıxaracağını əvvəlcədən söyləmək mümkün deyil.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri gileylənib ki, rusiyalı tərəfdaşlar ilk dəfə deyil, hər hansı təşəbbüsü açıq elan edir, buna diqqət çəkir və sonra digər ölkələrin reaksiyasına baxırlar.

Ankaradakı diplomatik mənbənin RİA Novosti-yə verdiyi məlumata görə, Türkiyə və Rusiya prezidentləri  Ərdoğan və Putin çərşənbə günü Astanada keçirilməsi planlaşdırılan danışıqlarda “məhsul sazişi”, Ukraynadakı vəziyyəti və enerji sahəsində əməkdaşlığı müzakirə edəcəklər.

Bu həftə Putin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitində iştirak etmək üçün Astanaya gedəcək, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək.

Bundan əvvəl Ərdoğan yaxın “3-4 gün” ərzində Putinlə üzbəüz görüşə ümid etdiyini bildirmişdi.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Putinlə Ərdoğanın görüşündə Ankaranın Moskva ilə Qərb arasında Ukrayna üzrə danışıqlar aparmaq təklifinin müzakirə olunacğını istisna etməmişdi.
 

Putin-Ərdoğan görüşünün sabah Astanada keçiriləcək sammit çərçivəsində gerçəkləşəcəyi gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi