Modern.az

Putin Makronun ittihamını rədd etdi: Onun bəyanatı yanlışdır!

Putin Makronun ittihamını rədd etdi: Onun bəyanatı yanlışdır!

Dünya

14 Oktyabr 2022, 11:36

“Fransa prezidenti Emmanuel Makronun Rusiyanı Qafqazda vəziyyəti qəsdən destabilləşdirdiyi barədə ittiham etməsi yanlış və qəbuledilməzdir”.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin oktyabrın 14-də Astanada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında deyib.


Putin Fransa prezidentinin Qarabağ münaqişəsində Rusiyanın rolu ilə bağlı ittihamlarını rədd edib və Makronun bəyanatlarını böyük təəccüblə oxuduğunu söyləyib.

“Düşünürəm ki, bu bəyanatda münaqişənin gedişi ilə bağlı heç bir anlayış yoxdur. Ona görə də bəyanat yanlış, hətta deyərdim ki, təhriflə doludur, bu səbəbdən də qəbuledilməzdir”, - deyə prezident vurğulayıb.


Putin daha sonra əlavə edib: “Rusiya həmişə konfliktlərin həllinə, o cümlədən Qarabağ məsələsinin nizamlanmasına səmiyyətlə yanaşıb”.


Bundan əvvəl Makron Azərbaycan və Ermənistan arasındakı münaqişədən danışarkən Rusiyanı sabitliyi pozmaqda ittiham etmişdi. Onun fikrincə, Moskva “Türkiyənin şərikliyi ilə açıq-aşkar Azərbaycanın oyununu oynadı və Ermənistanı zəiflətmək üçün ora qayıtdı”.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI