Modern.az

82 milyonluq əsərin üzərinə şorba tökdülər

82 milyonluq əsərin üzərinə şorba tökdülər

14 Oktyabr 2022, 20:23

Böyük Britaniyanın paytaxtı Londonda ekoaktivistlər Vinsent van Qoqun məşhur "Günəbaxanlar" rəsminə qarşı vandallıq edib.

 

Modern.az xəbər verir ki, London Milli Qalereyasında baş verən hadisə zamanı "Neftə son verin" yazılı geyimdə iki nəfər rəsmin üzərinə şorba atıb, daha sonra özlərini yapışqanla qalereyanın divarına yapışdırıblar.

 

Polis aksiyaçıları saxlayıb. İnsident nəticəsində rəsm əsərinə ziyan dəymədiyi bildirilib.

 

Van Qoqun 1888-ci ildə çəkilmiş əsərinin qiyməti 82 milyon dollardır.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI