Modern.az

Şarl Mişel Türkiyədəki mədən faciəsindən YAZDI

Şarl Mişel Türkiyədəki mədən faciəsindən YAZDI

Dünya

15 Oktyabr 2022, 15:30

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Türkiyənin Bartın vilayətində mədəndə baş vermiş partlayış nəticəsində yaxınlarını itirənlərin ailələrinə başsağlığı verib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Mişel "Twitter" hesabında yazıb.

 

“Bartın kömür mədənində faciəvi insan itkisi ilə bağlı kədərlənirəm. Yaxınlarını itirən ailələrə və bu kədər anında bir araya gələn bütün cəmiyyətə başsağlığı verirəm. Sağ qalanlara və xilasedicilərə ən xoş arzularımı yetirirəm”, - Ş.Mişel bildirib.

 

Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda kömür mədənində 40 nəfərin ölümü ilə nəticələnən partlayış baş verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi