Modern.az

Baydenin açıqlaması etiraz doğurdu - Səfir XİN-ə çağırıldı

Baydenin açıqlaması etiraz doğurdu - Səfir XİN-ə çağırıldı

15 Oktyabr 2022, 21:45

ABŞ prezidenti Co Baydenin açıqlamalarından sonra Amerikanın Pakistandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Bayden deyib ki, Pakistan "bəlkə də dünyanın ən təhlükəli ölkələrindən biridir". Onun bu açıqlaması etiraz doğurub.

 

Pakistanın xarici işlər naziri Bhutto-Zardari Baydenin şərhlərinə təəccübləndiyini və anlaşılmazlığın qarşılıqlı əlaqənin olmaması ilə əlaqədar olduğunu bildirib. Bhutto-Zərdari ABŞ səfirinin XİN-ə çağırılması qərarının Vaşinqtonla münasibətlərə mənfi təsir edəcəyini düşünmədiyini söyləyib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI