Modern.az

Rusiyada təyyarə qəzası: ölü sayı 13-ə çatdı - YENİLƏNİB

Rusiyada təyyarə qəzası: ölü sayı 13-ə çatdı - YENİLƏNİB

Dünya

18 Oktyabr 2022, 07:24

Rusiyanın Yeysk şəhərində təyyarənin yaşayış binasının həyətinə düşməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

"Xilasedicilər dağıntıların təmizlənməsi işlərini başa çatdırıblar. Axtarış-xilasetmə əməliyyatları zamanı daha 10 nəfərin meyiti tapılıb. Beləliklə, həlak olanların ümumi sayı 13 nəfərə çatıb. Hadisə nəticəsində 19 nəfər xəsarət alıb", - rəsmi açıqlamada deyilir.

 

Xatırladaq ki, bazar ertəsi Yeysk şəhərində Su-34 hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarə yaşayış binasının həyətinə düşüb, nəticədə ətrafa dağılan yanacaq alışıb və alov yaxınlıqdakı yaşayış binasına keçib. Yanğın yaşayış binasının bütün doqquz mərtəbəsini əhatə edib, 100 nəfər təxliyə edilib.

 

***

22:22

 

Rusiyanın Yeysk şəhərində "Su-34" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Krasnodar qubernatorunun müavini Anna Minkova bildirib.

 

Onun sözlərinə görə, hadisə zamanı 25 nəfər xəsarət alıb.

 

Ölü sayının artması istisna edilmir.

 

***

Rusiyanın Yeysk şəhərində baş vermiş təyyarə qəzası nəticəsində dörd nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, “Su-34” təyyarəsinin Yeysk şəhərində yaşayış binasının həyətinə düşməsi nəticəsində binada yaranan yanğın söndürülüb.

 

Son məlumata əsasən, 4 nəfər həlak olub, 24 nəfər xəsarət alıb. Yaralılardan 8 nəfərin vəziyyəti ağırdır. Onlardan biri azyaşlıdır.

 

***

21:12

 

Rusiyada "Su-34" döyüş təyyarəsinin yaşayış binasının həyətinə düşməsi nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

 

Məlumata görə, “Su-34” təyyarəsi Yeysk şəhəri yaxınlığındakı aerodromdan havaya qalxarkən qəzaya uğrayıb və yaşayış binasının həyətinə düşüb. Sonradan alov 9 mərtəbəli binaya keçib. Yanğın binanın 17 mənzilini bürüyüb.

 

Hadisə baş verən yerin yaxınlığında ticarət mərkəzi yerləşir. İnsanlar oradan və yanğın baş verən binadan təxliyə ediliblər.

 

***

 

19:57

 

Rusiya Müdafiə Nazirliyi Krasnodar vilayətinin Yeysk şəhərində baş vermiş təyyarə qəzası ilə bağlı məlumat yayıb.

 

Modern.az xəbər verir ki, “Su-34” təyyarəsi Yeysk şəhərinin Kommunist küçəsində yaşayış binasının həyətinə düşüb. 

 

Müdafiə Nazirliyi qəzanın təyyarə havaya qalxarkən mühərriklərdən birinin alovlanması nəticəsində baş verdiyini bildirib.

 

Yanğın binanın 15 mənzilini əhatə edir. Yanğın 2 min kvadratmetr sahəni bürüyüb.

 

***

Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərində hərbi təyyarə yaşayış binasına çırpılıb.

 

Modern.az xəbər verir ki, “Su-34” təyyarəsi Yeysk şəhərinin Kommunist küçəsində yaşayış binasının həyətinə düşdükdən sonra yanğın baş verib.  Yanğın 9 mərtəbəli binaya keçib.

 

İlkin məlumata görə, yanğın binanın 15 mənzilini bürüyüb. Pilotun katapult edərək xilas olduğu bildirilir.

 

Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı