Modern.az

Daha bir milyarder Rusiya vətəndaşlığından İMTİNA ETDİ

Daha bir milyarder Rusiya vətəndaşlığından İMTİNA ETDİ

Dünya

1 Noyabr 2022, 15:28

Milyarder biznesmen və "Tinkoff Bank"ın təsisçisi Oleq Tinkov Rusiya vətəndaşlığından imtina edib.

Modern.az xəbər verir ki, o, bu barədə İnstaqram hesabında vətəndaşlıqdan imtina haqqında arayış dərc etməklə bildirib.


Tinkov qərarını Rusiya hakimiyyətinin siyasəti ilə razılaşmaması ilə əlaqələndirib. O cümlədən, iş adamı Ukraynadakı hərbi əməliyyatları pisləyib. 
 

Aprelin sonunda "Tinkoff Bank"ın təsisçisi oradakı 35% payını Vladimir Potaninə məxsus İnterros-a satmışdı. Satış zamanı bankın ana şirkəti TCS Group-un bazar kapitallaşması 6,9 milyard dollar idi, yəni Tinkovun payı təxminən 2,4 milyard dollar dəyərində qiymətləndirilirdi. Daha sonra iş adamı onu “bir qəpiyə” satmalı olduğunu demişdi. Potaninin sözlərinə görə, İnterros Tinkovun payını bir neçə yüz milyon dollara alıb.


Rusiya qoşunlarının Ukraynaya daxil olmasından iki ay sonra Tinkov açıq şəkildə yaratdığı təşkilatla vidalaşdı və artıq ölkəyə getmədiyini bildirdi. Onun fikrincə, ölkə “arxaizmə, paternalizmə yuvarlanıb”.

Oleq Tinkov bildirib ki, Tinkoff brendinin bankdan geri alınması prosesinə başlayır.

Yeri gəlmişkən, Tinkovun Rusiya vətəndaşlığından çıxması ilə bağlı oktyabrın 31-də dərc olunmuş postu İnstaqramda artıq yoxa çıxıb.


“Dünənki yazım müəmmalı şəkildə yoxa çıxdı. Bunu Kremlin trolları etməlidir”, - Tinkov çərşənbə axşamı səhər İnstaqramda yazıb.

Rusiyanın zəngin insanları siyahısında ilk “15-lik”də yer alan Yuri Milner, “Freedom Finance” investisiya şirkətinin təsisçisi Timur Turlov, İrəvan əsilli biznesmen Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxdığını bəyan edib.

Qeyd edilir ki, milyarderlərin bu addımı öz sərvətlərini qorumaq məqsədi güdür. Məsələ burasındadır ki, Ukrayna müharibəsi fonunda Qərb rusiyalı milyarderlərə də ciddi sanksiyalar tətbiq edir, onların xarici banklardakı vəsaitləri dondurulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI