Modern.az

Trampdan vacib açıqlama ANONSU

Trampdan vacib açıqlama ANONSU

Dünya

8 Noyabr 2022, 09:32

ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrın 15-də vacib açıqlama verəcəyini bildirib.

 

Modern.az xəbər verir ki, D.Tramp bu barədə bazar ertəsi Ohayoda tərəfdarlarının mitinqində çıxışı zamanı deyib.

 

Noyabrın 8-də Respublikaçılar Partiyasının nümayəndələrinin ABŞ Konqresinin hər iki palatasında səs çoxluğu qazana biləcəyi aralıq seçkilər, D.Trampın fikrincə, “ölkəyə üçün xilasedici” seçkilər ola bilər.

 

"Noyabrın 15-də Florida ştatının Palm Biç şəhərindəki Mar-a-laqoda çox vacib bir açıqlama verəcəyəm", - deyə D.Tramp bildirib.

 

Xatırladaq ki, daha əvvəl D.Trampın noyabrın 14-ü növbəti prezident seçkilərində iştirak edəcəyi barədə açıqlama verəcəyi gözlənilirdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi