Modern.az

Hindistan BMT Təhlükəsizlik Şurasının tərkibini dəyişməyi təklif etdi

Hindistan BMT Təhlükəsizlik Şurasının tərkibini dəyişməyi təklif etdi

Dünya

15 Dekabr 2022, 10:56

Hindistan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) islahatlar aparılmasını təklif edib.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Subramanyam Cayşankar danışıb.

 

Nazirin sözlərinə görə, ölkəsi hesab edir ki, BMT TŞ-də Latın Amerikası və Afrika ölkələri də təmsil olunmalıdır, Asiya ölkələrinin təmsilçiliyi artırılmalıdır.

 

"BMT-nin Latın Amerikasında, Afrikada, Asiyada və kiçik adalarda yerləşən inkişaf etməkdə olan üzv dövlətləri Təhlükəsizlik Şurasında etibarlı və daimi təmsilçilik hüquqları qazanmalıdır. Daha onların iştirakı olmadan bu ölkələrin gələcəyi haqqında qərarlar qəbul edilə bilməz", - deyə Hindistan XİN başçısı bildirib.

 

Nazir əlavə edib ki, qlobal institutlarla əməkdaşlıq etmək təsisatın fəaliyyətində hesabatlılığı, obyektivliyi və şəffaflığı artıra bilər.

 

Qeyd edək ki, hazırda BMT TŞ-də 5 ölkə təmsil olunur. Bunlar ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiyadır.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər