Modern.az

Rusiya ilə dialoqun kəsilməsinə imkan vermərik - Şolts

Rusiya ilə dialoqun kəsilməsinə imkan vermərik - Şolts

Dünya

17 Dekabr 2022, 18:45

Almaniya kansleri Olaf Şolts Rusiya ilə danışıqların davam etdirilməsini zəruri hesab edir.

 

Modern.az xəbər verir ki, bu barədə o, "Sueddeutsche Zeitung" qəzetinə verdiyi müsahibədə bildirib.

 

"Mövcud ciddi fikir ayrılıqlarına baxmayaraq, Rusiya ilə danışıqların ipinin kəsilməsinə imkan verməməyimiz vacibdir”, - kansler deyib.

 

Şolts onu da qeyd edib ki, Rusiya tərəfi ilə danışıqlar dayandırılsa, Ukrayna böhranına son qoymaq ehtimalı azalacaq.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər